Kərkükdə gərginlik qalmaqdadır
28 aprel 2013 07:46 (UTC +04:00)

Kərkükdə gərginlik qalmaqdadır

İraqdakı türklərin tarixi torpaqları Kərkük ətrafında Bağdadla ölkənin şimalını idarə edən kürdlər arasında qarşıdurma davam edir.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu bölgə kürd yaraqlıları, «pəşmərgələr»tərəfindən mühasirəyə alınıb.

 

Kürd yaraqlılarının mətbuat təmsilçisi Halgurt Hikmət bildirib ki, Kərkük valisi Nəcməddin Kərimlə keçirilən toplantıdan sonra «terrorçuların içəri girməsinin qarşısını» almaq məqsədi ilə «pəşmərgələr» ora yeridilib.

 

Onun sözlərinə görə, Kərkükün daxilində isə təhlükəsizliyi isə yerli polis qüvvələri nəzarət edəcək.

 

İraq məclisinin bir qrup deputat bölgədə baş verənləri araşdırmaq üçün bu şəhərə gəlib.

 

Qeyd edək ki, Kərkükün Havicə qəsəbəsində başlayıb, ətrafa yayılan qarşıdurma nəticəsində 92 nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb.

 

Xatırladaq ki, İraqın Səlahəddin əyalətində türklərin (türkmən) sayca üstünlük etdiyi Tuzhurmatu kəndində gərginlik yaşanmaqdadır. Kəndə hücum edilib. Bununla yanaşı, Hasadarlı kəndinə hərbi vertolyotlardan raket atılıb. Bu atəş nəticəsində bir evdəki 6 nəfərin hamısı yaralanıb. 

# 892
avatar

Oxşar yazılar