Keniya məhkəməsi İranın iki vətəndaşını ölkədə terror aksiyası törətməyi planlaşdırmaqda ittiham edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar ötən ilin iyununda onlardan 15 kq güclü partlayıcı maddə aşkarlanıb. Onlar Keniyada partlayış törətmək istədiklərini etiraf ediblər.
Keniya hakimiyyəti ehtimal edib ki, həmin iranlılar ABŞ, Britaniya, İsrail, yaxud Səudiyyə Ərəbistanının ölkədəki nümayəndəliklərinə basqın etməyi planlaşdırırmış.
Hakimlər bildirib ki, İslam Respublikası vətəndaşlarının həbsi nəticəsində onların Keniyada planlaşdırdığı qanlı olayların qarşısı alınıb.