Keçmiş vitse-prezidentin qızı senator olmaq istəyir
17 iyul 2013 07:51 (UTC +04:00)

Keçmiş vitse-prezidentin qızı senator olmaq istəyir

2001-2009-cu illərdə ABŞ prezidentinin müavini olmuş Dik Çeynin qızı Elizabet Çeyni Vaymonq ştatının senatorluğu uğurunda mübarizəyə qatılıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, 46 yapşlı Elizabet respublikaçı  tanınmış siyasətçinin iki qızından böyüyüdür. Atasının prezident müavini olduğu illərdə o, iki dəfə Yaxın Şərq üzrə dövlət katibinin köməkçisi vəzifəsini daşıyıb.

 

E.Çeyni Beynəlxalq inkişaf üzrə Agentlikdə də işləyib.

 

Son illər o, «Fox News» telekanalında siyasi şərhçi kimi çalışır. 2014-cü ildə keçiriləcək senatorluq uğurunda onun rəqibi hazırkı respublikaçı senator Mayk Enzidir. Onlar arasında ilkin seçki keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar