Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış jurnalisti, yazıçısı və teleaparıcısı Vasili Peskov 84 yaşında vəfat edib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, o, 1956-cı ildə «Komsomolskaya pravda» qəzetində işləməyə başlayıb. 1975 - 90-cı illərdə «Heyvanlar aləmində» verilişinin aparıcısı olub. Onun ilk kitabının 1960cı ildə işıq üzü görüb.
Jurnalist o vaxtların ən nüfuzlu Lenin mükafatı laureatı olub.