Misirin müvəqqəti prezidenti Ədli Mənsur keçmiş maliyyə naziri Xazəm əl- Biblavini keçid hökumətinin başçısı təyin edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi keçmiş baş direktoru, müxalifətin təmsilçisi Məhəmməd əl-Baradey prezidentin müavini təyin olunub.