Türkiyə Baş Prokurorluğunun etirazına baxmayaraq, apelyasiya məhkəməsinin barəsində həbs qərarı çıxardığı Siirt bələdiyyə başçısının müavini Ədüllətif Ç., Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Kooperativ məhəlləsindəki evində tutulub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, 2 qızı zorlamaqda ittiham olunaraq, tutulmuş, bir müddət sonra prokurorluğun etirazı əsasında sərbəst buraxılmışdı.
O, kürdlərin Barış və Demokratiya Partiyasının keçmiş üzvüdür.
Onun cinsi istismara məruz qoyduğu qızların birinin 13, o birinin isə 17 yaşı olub.Hər iki qız yerli bələdiyyə sosial təminat idarəsi tərəfindən qorunur.