Katib : «Baş nazir məsuliyyətsiz çıxış edib»
28 aprel 2013 06:21 (UTC +04:00)

Katib : «Baş nazir məsuliyyətsiz çıxış edib»

Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Giga Bokeriya baş nazir Bidzina İvanişvilinin bəyanatını «məsuliyyətsiz çıxış»  adlandırıb.

 

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, aprelin 26-ad hökumət başçısı əvvəlki hakimiyyətin dövründə Gürcüstan ərazisində terrorçuların hazırlıq keçdiklərini ehtimal etdiyini söyləmişdi.

 

«Baş nazir vanişivili və onun komandasının bir hissəsi ölkəmizin maraqlarına və rəqiblərinə zərbə vurmaq üçün sanki bir dərsliyin tələblərinə əməl edirlər.

 

Birinci başlıq – əvvəlki hakimiyyəti savaşı başlamaqda (2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana elan olunmamış savaşını nəzərdə tutur-red.) suçlayır. İkinci başlıq, əvvəlki hakimiyyəti terrorçuluğu himayə etməkdə və dəstəkləməkdə ittiham edir. Bu dərsliyin növbəti başlıqları yəqin Gürcüstanın kimyəvi və atom silahı hazırlaması olacaq»-deyə, katib jurnalistlərə açıqlamasında vurğulayıb.

 

Məsələ ilə bağlı prezident Mixail Saakaşvili də açıqlama verib : «Prezident olaraq, əminliklə bildirirəm ki, Gürcüstan ərazisində heç bir terrorçu təlim keçməyib. Biz beynəlxalq ictimaiyyətin üzvlüyünə uyğun olaraq, ölkəmizin təhlükəsizliyi üçün əlimizdən gələni etmişik».

 

Bir müddət öncə KİV-də Daxili İşlər Nazirliyi əks-kəşfiyyat idarəsinə istinadən 2012-ci ilin yayında Gürcüstandakı  «Qafqaz fondu»-nun gənclər üçün seminar keçdiyini və həmin toplantıda Bostondakı parlayışda şübhəli bilinən Tamerlan Tsarnayevin də iştirak etdiyi barədə xəbər yayılmışdı. Ancaq bunu Gürcüstanın DİN-i təkzib edərək, bildirib ki, T.Tsarnayev ölkənin sərhədini heç vaxt keçməyib.

# 1000
avatar

Oxşar yazılar