Karzay talibanla danışıqdan imtina edib
19 iyun 2013 20:47 (UTC +04:00)

Karzay talibanla danışıqdan imtina edib

Əfqanıstan prezidenti Həmid Karzay bildirib ki, onun hökuməti Taliban hərəkatı ilə sülh danışıqlarında iştirak etməyəcək.

 

Lent.az-ın xarici informasiya istinadən məlumatına görə, amerikalıların talib rəhbərliyindən mövqelərini dəyişməsində israr etməməsindən o, hiddətlənib.

 

Karzay hesab edir ki, talibanın Qətərdə ofisinin açılması ABŞ-ın rəsmi Kabula verdiyi təminatla ziddiyyət təşkil edir. Buna etiraz əlaməti olaraq, əfqan lideri danışıqlarda iştirakdan boyun qaçırıb.

 

ABŞ prezidenti Barak Obama sözlərinə əsasən, Vaşinqton Karzay hökumətinin danışıqlardan imtina edəcəyi ehtimal edilirdi. Ancaq amerikalıların qənaətincə, yaranmış vəziyyətdə Taliban hərəkatı ilə danışıqlar fürsətindən yararlanmaq lazımdır.

 

Xatırladaq ki,ilk görüş yaxın günlərdə Qətərin paytaxtı Dohada keçiriləcək. Orada taliblərin təmsilçiliyinin ofisinin açılacağı da gözlənilir.

 

Ağ evdən yayılan xəbərə əsasən, Əfqanıstanın mövcud Ana Yasasının, o cümlədən qadınların və etnik azlıqların haqqını tanıyacağı, terrorçu «əl-Qaidə» ilə əlaqələri kəsəcəyi, zorakılıqdan imtina edəcəyi şərtlər daxilində ilk növbədə əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqların keçiriləcəyi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar