Əfqanıstan prezidenti Həmid Karzay Qətərdə səfərdədir. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,səəfər zamanı o, paytaxt Dohada talibanın bürosunun açılması məsələsini əmirlik rəsmiləri ilə müzakirə edib.
Rəsmi Doha yeni nümayəndəliyin Kabulla taliblər arasında danışıqların başlamasını asanlaşdıracağına ümid etdiyini bildirib.
Xatırladaq ki, taliblər NATO və ABŞ-la əlaqələrinə görə, prezident Karzayla müzakirələrdən dəfələrlə imtina edib.
Əfqanıstan prezidenti müşavirlərindən biri bildirib ki, ölkə lideri talibanın bu bürodan maliyyə yardımı üçün istifadə etməyəcəyi ilə bağlı Qətərdən təminat almaq istəyir.