Kanadanın Lak-Majentik şəhərində neft daşıyan qatarın qəzaya uğramasından sonra baş verən partlayış və yanğın nəticəsində həyatını itirənlərin sayı 50 nəfərə çatıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, iyulun 6-da axşam 73 sistern xam neft daşıyan qatar relsdən çıxıb, daha sonra partlayış baş verib, yanğın başlayıb. Qəza baş verən ərazi yaxınlığında yaşayan 2 minə qədər insanı evakuasiya etmək lazım gəlib.