Jandarm sərhəddən çəkilməyə başlayıb
25 mart 2013 22:29 (UTC +04:00)

Jandarm sərhəddən çəkilməyə başlayıb

Türkiyə Jandarm Baş Komandalığına bağlı birliklər sərhəddən rəsmən çəkilməyə başlayıb.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, jandarma birliklərinin böyük bölümü Şərqi və Cənubi-Şərqdə terrorçuluğa qarşı mübarizədə öz səlahiyyətlərini  yerli polis idarələrinə təhvil verib.

 

 Polis terrorçuların giriş-çıxış yerlərinə nəzarəti də həyata keçirəcək. 

 

Türkiyənin Qərbindəki Quru Qoşunları hərbi Qüvvələrinin bəzi birləşmələri ölkənin Şərq və Cənub-Şərqinə göndərilib. Bu hərbi birləşmələr sərhəddəki polis bölmələrinə yerləşdiriləcək.

 

Jandarmları isə sərhədə yaxın bölgələrdəki polis idarələrinə xidmətlərini davam etdirəcək.

 

Jandarm Özəl Asayiş Komandanlığına bağlı qüvvələri isə  əvvəllər olduğu kimi terrorçuluğa qarşı mübarizə səlahiyyətlərinin icrasını davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar