Gürcüstanın baş naziri Bidzina İvanişvili Moskvaya səfər edəcəyi ilə bağlı KİV-də yayılmış xəbərləri təkzib edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hökumət başçısı ölkənin «İmedi» telekanalına müsahibəsində deyib : «Biz bütün informasiyalarla oynamayacağıq. Hələ ki bu haqda bəyanat verməyə əsas yoxdur.
Mənim prinsipial mövqeyim belədir –ilk növbədə Rusiya ilə münasibətimizi qaydasına qoymalıyıq. Bunların hamısı mərhələli olacaq».
Səfərlə bağlı o, bunları söyləyib: «Mən həmişə qeyd etmişəm ki, siyasətə gəlişimdən sonra ilk səfərimi ABŞ-a edəcəyəm. «Vəziyyət mənim tərəfimdən və bizim komanda tərəfindən tam dərk olunmur» kimi fikirlər sadəcə şayiələrdir və onlar ABŞ-a eşitdirməyə hesablanıb. Keçmiş hakimiyyət indiyədək Avropaya və ABŞ-a yanlış xəbərlər ötürür. Bu gündə bəyan edirəm ki, bizim ən böyük tərəfdarımızla yaxşı və möhkəm münasibətlərimiz olmalıdır. Mən onların nə cür məlumatlı olduqlarını biləndə, açığı, ora getmək istəmədim. Onlar düşünür ki, burada böyük bir savaş gedir. Mən ölkədaxili vəziyyəti nizamladıqdan sonra oraya “kişi” kimi səfər etmək istəyirəm. Ölkə daxilində bütün siyasi məsələləri yoluna qoymaq lazımdır ki, orada heç bir sual qalmasın. Mən Amerikaya başı uca getmək istəyirəm».