İvanişvili: “Rusiya düşmən deyil”
27 aprel 2013 12:48 (UTC +04:00)

İvanişvili: “Rusiya düşmən deyil”

Gürcüstan hərbi doktrinasında artıq Rusiyanı düşmən dövlət hesab olunmur.


 

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib. O, qeyd edib ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış əvvəlki sənədə əsasən Rusiya düşmən hesab olunurdu.

 

Baş nazirin sözlərinə görə, xarici əlaqələr üzrə parlament komitəsinin qəbul etdiyi yeni sənədə əsasən, iki ölkə arasında aparılan dialoqun tonu yumşalmalıdır.

 

İvanişvili hesab edir ki Rusiya-Gürcüstan münasibətlərini bərpa etmək üçün artıq yaxşı bir bünövrə qoyulub: “Demokratik təsisatların yaradılması vasitəsilə biz ölkənin ərazi bütövlüyünü bərpa edəcəyik”. 

# 596
avatar

Oxşar yazılar