İvanaşviliyə Moskvadan çətin sual
20 aprel 2013 16:35 (UTC +04:00)

İvanaşviliyə Moskvadan çətin sual

Moskva Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Rusiyaya münasibətdə xarici siyasət kursuna dəyişiklik edib-etməməsi ilə maraqlanır.

 

Lent.az-ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov söyləyib.

 

Aleksey Puşkov Bidzina İvanişvilinin aprelin 23-də Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Rusiya nümayəndə heyətinin bu sualı ona ünvanlayacağını bildirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin Rusiya ilə bağlı bütün rəsmi bəyanatları hələ də prezident Mixail Saakaşvilinin həyata keçirdiyi xarici siyasət kursuna uyğundur: “Biz Bidzina İvanişvilinin Gürcüstanın Rusiya ilə bağlı xarici siyasətini nə dərəcədə dəyişməyə hazırlaşdığını bilmək istəyirik”. 

# 2277
avatar

Oxşar yazılar