İtaliyanın məşhur moda dizaynerlərinə iş kəsilib
20 iyun 2013 01:02 (UTC +04:00)

İtaliyanın məşhur moda dizaynerlərinə iş kəsilib

 

İtaliyanın məşhur moda dizaneyrləri Domeniko Dolçe və Stefano Qabbani bir il 8 ay müddətinə azadlıqdan məhrum edilib.  

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar vergidən yayınmaqda suçlu bilinib.

Mənbə bildirib ki, məhkəmənin qərarı hələ onların dəmir barmaqlıqlar arxasına atılması demək deyil. Çünki dizaynerlər bütün ittihamları rədd edib.

 

Məhkəmə onları bir milyard avro məbləğində  vergini ödəməməkdə günahkar bilib.

 

İttihamçılar bildirib ki, bu firma 2004-cü ildə Lüksemburqda «Gado» adlı qondarma şirkət yaradaraq, vergidən yayınıb. Prokuror onların 2, 5 il azadlıqdan məhrum edilməsini tələb edib.

 

Milanda keçirilən məhkəmə prosesində müttəhimlər iştirak etməyib. Ona görə də onların məhkəmənin qərarından şikayət edəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar