İtaliya məhkəməsinin «dünyanın ən iri kokain tədarükçüsü» adlandırdığı italiyalı Roberto Pannunzi (Roberto Pannunzi), Kolumbiyada ticarət mərkəzlərindən birində alış –veriş edən zaman tutulub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, İtaliyanın cənubunda Reco-di-Kalabriya vilayətində fəaliyyət göstərən, ölkənin ən nəhəng «Ndranqeta» adlı cinayətkar təşkilatı başçısıdır.
«Pannunzi dünyanın ən nəhəng kokain tədarükçüsüdür. Yalnız o, 3 ton və daha artıq narkotik maddənin nəqli ni təşkil edə bilər. O, dünyada ən nüfuzlu narkotik taciridir» -deyə, Reco-di-Kalabriyanın baş prokuroru Nikola Gratteri (Nicola Gratteri) bildirib.
Kolumbiya polisi və ABŞ-ın narkotiklərə qarşı mübarizə idarəsinin birgə əməliyyatı zamanı onun üzərindən Venesuelanın saxta kimlik vəsiqəsi aşkarlanıb.
KİV-ini məlumatına əsasən, o, 2004-cü ildə Kolumbiyada artıq bir dəfə həbs olunub. 2010-cu ildə isə narkobaron Romada həbsdə saxlanıldığı klinikadan qaçıb.