İtaliyada zəlzələ
10 iyun 2017 07:34 (UTC +04:00)

İtaliyada zəlzələ

İtaliyanın Akvila şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Repubblika” qəzetinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 13 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.

 

Qeyd edək, ötən il, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367

Oxşar yazılar