Autizmli uşağı döyən psixloqla bağlı RƏSMİ AÇIQLAMA   - YENİLƏNİB
31 avqust 2026 18:53 (UTC +04:00)

Autizmli uşağı döyən psixloqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

0

Autizm spektr pozuntusu olan uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a məlumat verib. 

"Mediada autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalmasını əks etdirən video görüntü yayılıb.

 Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana ailə səfəri həyata keçirilib.

Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb. Hazırda faktla bağlı 📍Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək". 

***

13:45

Şirvanda autizmli uşağa şiddət göstərən psixoloqla bağlı görüntülər yayılıb.

Lent.az xəbər verir ki, psixoloq Ceyran Muradova autizmli uşağa qarşı şiddət göstərib, həmin görüntüləri isə səhvən valideynə göndərib. 

Lent.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

Həmçinin psixoloqla bağlı MÜTDA-ya da sorğu ünvanladıq.

Bildirildi ki, psixoloq MÜTDA-nın tabeliyindəki müəssisələrdə çalışmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1018

Oxşar yazılar