İtaliyada fişəng fabrikində partlayış olub. Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, İtaliyanın Peskada şəhərində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfərin taleyi barədə isə məlumat yoxdur. Partlayış fabrikə yaxın yerləşən yaşayış binalarına da ziyan vurub.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Polis partlayışın səbəblərini araşdırır.