İtaliya hüquq-mühafizə orqanlarının Milan və ətraf rayonda keçirdiyi özəl əməliyyat nəticəsində 10 Gürcüstan, biri Ukrayna vətəndaşı olmaqla 11 əcnəbi saxlanılıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, onlar soyğunçuluq, mənzil oğurluğunda ittiham olunur.
Gürcüstan KİV ötən həftə bildirmişdi ki, İtaliyanın hüquq-mühafizə orqanları 28 əcnəbi saxlayıb, onların çoxu Gürcüstan vətəndaşıdır.