İtaliya prezidentindən istefa hədəsi
23 aprel 2013 02:50 (UTC +04:00)

İtaliya prezidentindən istefa hədəsi

İtaliyanın ikinci müddətə seçilmiş prezidenti Corco Napolitano andiçmə nitqində fürsətdən istfadə edərək, ölkədəki mövcud siyasi gərginliyə də toxunub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, İtaliyanın siyasi böhrandan qurtulmasın üçün  hökumətin qurulmasını, qısa bir zamanda islahatların keçirilməsini istəyib.

 

Napolitano parlamenti ittiham edərək, onların «bağışlanmaz yanlışlıqlar» etdiyini bildirib. Prezidentin sözlərinə görə, əgər bu siyasət davam edərsə, o ciddi ölçü götürəcək, istefa verəcək.

 

Napolitano İtaliya tarixində iki müddətə ardıcı prezident seçilən ilk siyasətçidir. 2013-cü ilin fevralından ölkədə hökumət fəaliyyət göstərmir. 

# 513
avatar

Oxşar yazılar