İtaliya ikinci turda da prezident seçə bilmədi
19 aprel 2013 05:49 (UTC +04:00)

İtaliya ikinci turda da prezident seçə bilmədi

İtaliyada  prezident seçkisinin ikinci turunda namizədlərdən heç biri qələbə qazanmaq üçün səslərin 3-də ikisini toplaya bilməyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu siyasi kampaniya fevralın 23-25-dəki parlament seçkilərindən sonrakı böhran mühitində keçirilir.

 

Əsas iddiaçılar müxalif «5 ulduz hərəkatı»nın irəli sürdüyü 79 yaşlı hüquqçu Stefano Rodot və keçmiq baş nazir, Avropa Komissiyasının kemiş başçısı Romano Prodidir.

 

Hazırkı prezident Corco Napolitanonun səlahiyyət müddəti isə bu ilin mayında başa çatır

# 421
avatar

Oxşar yazılar