İsveçin paytaxtı Stokholmda onlarla sakin çeşidli dini icmaların təmsilçiləri irqçiliyə qarşı etiraz aksiyası keçirib.
Lent.az-ın «BBC»-a istinadən məlumatına görə, onlar Stokholmda döyülmüş müsəlmanla həmrəyliklərini bildirmək üçün milli geyimdə yürüş edib.
Qəzetlər tərəfindən «hicaba etiraz» adlı kampaniyaya İsveç parlamentinin iki üzvü də iştirak edib. Məlumata əsasən, onlar ictimaiyyəti problemin həllinə cəlb etmək üçün bu tədbirə qoşulub.
Ötən həftə döyülmüş həmin qadın beyni silkələnməsi ilə xəstəxanaya yerləşdirilib. İrqçi şüarlar söyləyərək, qadının başından vuran isveçli kişinin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.