İstanbulda ən çox alış-veriş edən azərbaycanlılar olub
01 avqust 2013 10:48 (UTC +04:00)

İstanbulda ən çox alış-veriş edən azərbaycanlılar olub

 

Bu il 8-30 iyun tarixlərində üçüncü dəfə təşkil edilən İstanbul Ticarət Festivalının nəticələri açıqlanıb.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gezi Parkı olaylarına rəğmən, İstanbul Ticarət Festivalı dönəmində alış-satış may ayı ilə müqayisədə 10 faiz artıb.

 

Bu dövrdə Türkiyəyə gələn turistlərin sayının 2 faiz artması fonunda kredit kartları ilə alış-verişin 11 faiz artması diqqət çəkib. Turistlər adambaşına 400 dollara qədər pul xərcləyib. Ən çox alış-veriş edənlər isə azərbaycanlı turistlər olublar.

 

İstanbul Ticarət Festivalı İcra Komitəsinin sədri Vahap Küçük turistlərin 450 milyon dollar alış-veriş etdiyini, bu məbləğin 12 faizinin azərbaycanlıların payına düşdüyünü söyləyib: “İstanbul Ticarət Festivalının keçirildiyi dövrdə azərbaycanlı dostlarımızın alış-verişi keçən illə müqayisədə 7,3 faiz artdı. Azərbaycanı Səudiyyə Ərəbistanı, Küveyt və Rusiya izləyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Oxşar yazılar