İsrailin Eliat şəhərinə 3 raket atılıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, atılan raketlər qeyri-yaşayış sahələrinə düşüb və buna görə də insan itkisi qeydə alınmayıb.
Hücumu'' Mücahid Şura Şurası-Məscidi Əqsanın Koruyucuları'' təşkilatı öz üzərinə götürüb.
Təşkilatın internetdə yayılan açıqlamasında bildirilir ki, bu, Misirin Sina Yarımadasında 4 üzvlərinin öldürülməsinə cavabdır.