İsrailin Natseret şəhərində 4 minə yaxın insan Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə həmrəy olduqların bildirmək üçün nümayiş keçirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına qarşı olduqlarını və müvəqqəti hökumətdən qan axıdılmasını dayandırmağı tələb ediblər.
Mənbə bildirib ki, nümayiş İslam hərəkatının israildəki Şimal qanadı tərəfindən təşkil olunub.
Xatırladaq ki, avqustun 16-da Qüdsdə, Hevronda, Ramallahda da həmin tələblərlə yürüşlər keçirilib.