İsrail və ərəb dövlətlərindəki səfirliklərini ABŞ bağlayacaq
03 avqust 2013 03:52 (UTC +04:00)

İsrail və ərəb dövlətlərindəki səfirliklərini ABŞ bağlayacaq

Avqustun 4-də, bazar günü təhlükəsizliyin təmin baxımından ABŞ-ın bir çox dövlətlərdəki diplomatik təmsilçiliyi  missiyaları bağlanacaq.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin yaydığı bəyanatda bağlanacaq konsulluq və səfirliklərin adları açıqlanmır.

 

Bununla belə «CBS» telekanalı bildirib ki, ABŞ-ın İsrail, Bəhreyn, Misir, Küveyt, İraq, Liviya, Oman, Qatar, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, Əfqanıstan və Banqladeşdəki səfirliyi və konsulluğu bir günlüyə bağlanacaq. Bu dövlətlərdə bazar günü iş günüdür, odur ki, başqa dövlətlərdəki səfirliklərdən fərqli olaraq, ABŞ-ın bu ölkələrdəki diplomatik missiyalarının təmsilçiləri də işləyir.

 

Mənbənin məlumatına əsasən, bu addamı atmasına səbəb «əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin planlaşdırdığı terror təhlükəsi ilə bağlıdır.

 

Avqustun 4-də Qədr gecələrindən biridir. Ona görə ehtimal olunur ki, həmin gün ABŞ səfirliklərinə hücum oluna bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar