İspaniyada ölkə tarixinin ən ağırçəkili körpəsi doğulub. Qız uşağının çəkisi 6,2 kq olub. Körpənin anası 40 yaşlı Maksim Merin deyib övladının kök olacağını gözləyirmiş, ancaq onun bu qədər ağır olacağını ağlına belə gətirməyib.
Həkimlər ananın övladını təbii doğuşla dünyaya gətirməsindən heyrətləniblər. "40 illik peşəkar karyeram ərzində belə ağır çəkidə körpənin təbii doğuşla dünyaya gəlməsini görməmişdim", - deyə ginekoloqlar təəccüblənirlər. Merinin buna qədər də 3 uşağı olub. Onlar da doğulanda 4,5 kq-dan yüngül olmayıblar.
Dünyanın ən kök uşağı kimi Ginnesin Rekordlar Kitabına 1879-ildə Kanadada Anna Beysin dünyaya gətirdiyi uşaq düşüb. 10,5 kq çəkisi olan körpə doğulandan 11 saat sonra ölmüşdü. 2005-ci ildə Braziliyada bir qadın qeysəriyyə kəsiyi ilə 8 kq-lıq körpə dünyaya gətirmişdi.
ans press