İspan kralının kürəkəni «dələduzluqda» ittiham olunur
23 fevral 2013 02:50 (UTC +04:00)

İspan kralının kürəkəni «dələduzluqda» ittiham olunur

İspaniya kralının kürəkəni Xuan Karlos  İnyaki Urdanqarin «dələduzluq»da şübhəli bilinir. Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, ittiham hələlik kral ailəsinə təqdim edilməsə də, o, istintaqa çağırılıb.

Mənbənin bildirdiyinə əsasən, o, kommersiya əməliyyatı aparılmadan milyonlarla dolların onların nəzarəti altında olan şirkətlərin hesabına köçürülməsində şübhəli bilinir.

İ.Urdanqarin oğlu, kralın nəvəsi ailəsinin nüfuzundan istifadə edərək, xeyriyyə məqsədi ilə alınmış maliyyə vəsaitini qeyri-kommersiya fondundan özlərinin fonduna köçürüb.

Kralın kürəkəni bu ittihamları rədd etsə də, xəbər ispan monarx ailəsinin ölkədəki nüfuzuna ciddi zərbə vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar