İslandiya AB-yə üzv olmaqdan imtina edə bilər
23 avqust 2013 07:50 (UTC +04:00)

İslandiya AB-yə üzv olmaqdan imtina edə bilər

İslandiya hakimiyyəti yaxın zamanlarda  Avropa Birliyinə üzv olmaqdan imtina edə bilər.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda xəbəri «Frans press» yayıb.

 

Bu qənaətə  gəlməyə səbəb İslandiya hakimiyyətinin Konstitusiya hüquq üzrə müşavirinin çıxışı olub. Hüquqçular bildirib ki, rəsmi Reykyavik artıq 2009-cu ildə parlamentin AB-yə üzvlük haqda götürdüyü öhdəliyə əsasən danışıqları davam etdirməyə bilir.

 

«bu çıxış edərək, xarici İşlər Nazirliyi danışıqlarla bağlı komitəni buraxmaq məsələsinə baxacaq» - deyə, məsələ ilə əlaqədar Xarici İşlər nazirliyinin bəyanatında bildirilib.

 

 

İslandiyanın AB-yə üzvlüyü ilə bağlı danışıqlar bu il yanvarın ortalarından, parlament seçkiləri qabağı dayandırılıb. Seçkidə sağmərkəzçi koalisiya qalib gəlsə də, danışıqlar bərpa edilməyib.

 

Əhalisi 320 min nəfər olan İslandiya 2010-cu ilin yayında AB-yə üzv olmaqla bağlı ərizə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar