İrqçiliyin qurbanının anası Baronessa olub
1993-cü ildə Londonda avtobus dayanacağında irqçilər tərəfindən bıçaqla doğranaraq, qətlə yetirilmiş qara dərili yeniyetmə Stiven Lourensin anası Dorin Britaniya parlamentinin Yuxarı Palatasının üzvü olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Dorin Lourens 18 il ərzində oğlunun qatilinin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində çalışıb. Uzun müdət qətlin açılması mümkün olmayıb. Bu isə London polisinin irqçilikdə ittihamına səbəb olub.
Nəhayət, 2012-ci ildə məhkəmə Londonun iki sakinini uzun müddətə azadlıqdan məhrum edib. Müxalifət ola Leyboritslər Partiyasının lideri Ed Milibend qətlə yetirilən Stivenin anasının Lordlar Palatasına üzv olması təklifini irəli sürüb.
Onun qənatincə, bununla Dorin Lourensin Britaniyada irqçiliyə münasibəti dəyişib.
Beləliklə, Dorin Loruens baronessa Lourens olub.