Avropa Birliyi ölkələrinin İrəvandakı səfirləri gələcək addımlarını müəyyənləşdirmək üçün təcili toplantı keçiriblər.
Lent.az-ın xarici informasiya vasitələrinə istindən məlumatına görə, bu haqda «EU Observer» yazı dərc edib.
Diplomatların görüməsinə səbəb Serj Sarkisyanın Moskvaya səfəri zamanı Ermənistanın Gömrük İttifaqına daxil olmasına razılığıdır.
«EU Observer» yazıb ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaiqşəsi ətrafında baş verənlər baxımından dolaşıq qərar qəbul edilib.
Məsələyə həsr olunan yazıda bildirilib ki, Avropa Birliyi ilə sıx əlaqədə olan Ukrayna ilə Moldovaya da ittifaqa girmək üçün Rusiya təzyiqlər etməkdədir.