İyulunu 5-də İrəvanın icra başçısı ilə Riqanın meri arasında anlaşma imzalanıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əldə edilmiş razılaşmaya əsasən İrəvanla Riqa «qardaşlaşmış şəhər» elan olunub.
Riqanın meri Nil Uşakov bildirib ki, bu anlaşma qarşılıqlı əlaqələrin inkişafına xeyir verəcək.
İrəvanın icra başçısı Taron Markaryan isə tərəflər arasında imzalanmış bu anlaşmanı «konkret proqram, çeşidli layihələr və sahələrlə bağlı təcrübə mübadiləsini gerçəkləşdirmək baxımından» önəmini vurğulayıb.
Görüşün sonunda Taron Markaryan Nil Uşakovu İrəvana dəvət edib.