Bu gün səhər İraqın Mosul şəhərində terrorçu-kamikadze hərbi karvana hücum çəkib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 25 nəfər ölüb.
Ölənlərin əksəriyyəti hərbçidir. Bir neçə mülki şəxs də həyatını itirib.
Qeyd edək ki, ötən həftənin şənbə günü İraqda iftar zamanı törədilən partlayış nəticəsində 65 nəfər ölüb.