İraqda kafe və dükanların yaxınlığında ardıcı partlayış baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, azı 17 nəfər həlak olub, 25 sakin yaralanıb.
Başqa mənbələr qurbanların sayının 28 nəfər olduğunu iddia edir.
Məlumatlara əsasən, bu ilin iyulunda İraqda həlak olanların sayı 700 nəfərə yaxındır.