İraqda bir neçə yerdə partlayış hadisəsi törədilib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qanlı olay nəticəsində azı 12 nəfər həyatını itirib.
İraqda baş vermiş ardıcı partlayışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Aprelin sonundakı zorakılıq nəticəsində 200-dən çox insan həyatını itirib.
***
21.03
İntiharçı özünü Bağdadda 65 km qərbdə Fəlluca şəhərindəki polis məntəqəsi yaxınlığında özünü partladıb. Nəticədə 5 nəfər, o cümlədən bir yüksək rütbəli polis ölüb.
Daha üç nəfər isə ölkə paytaxtında avtomobilə quraşdırılmış partlayıcı qurğunun qurbanı olub.
İraq paytaxtından 180 km şimalda polis avtomobilinin karvanında fuqasın partladılması nəticəsində 4 polis həyatını itirib.