İraqda partlayış : 35 nəfər həlak olub
15 aprel 2013 23:36 (UTC +04:00)

İraqda partlayış : 35 nəfər həlak olub

Aprelin 15-də İraqın bir neçə şəhərində baş vermiş partlayış nəticəsində 35-dən çox sakin həlak olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay yerində yaralananların sayı 270 nəfəri aşıb.

 

Yerli hakimiyyət təmsilçiləri həlak olanların sayının artacağını istisna etmir.

 

Partlayış ölkənin Bağdad, Fəlluc, Kərkük və başqa şəhərlərində baş verib.

 

KİV bildirib ki, partlayışların çoxu avtomobilə quraşdırılmış bombaların partlaması nəticəsində gerçəkləşdirilib.

 

Hələlik qanlı olayın məsuliyyətini üzərinə götürən yoxdur.

 

Xatırladaq ki, aprelin 20-də yerli qurumlara seçkilər keçiriləcək. Bu baxımdan partlayışları həmin siyasi kampaniya ilə bağlayırlar. 

# 375
avatar

Oxşar yazılar