İraqın Diyala əyalətindəki məsciddə partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 20 nəfər həlak olub, 50 yaxını isə yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hakimiyyəti bildirib ki, qurbanların hamısı dinc sakinlərdir.
BMT-nin İraqda apardığı müşahidələrə əsasən, son 4 ayda ölkədə 2,5 min insan həlak olub.