İraqda iğtişaş davam edir: 110 nəfər ölüb, 187 nəfər yaralanıb
24 aprel 2013 22:37 (UTC +04:00)

İraqda iğtişaş davam edir: 110 nəfər ölüb, 187 nəfər yaralanıb

İraqda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş vermiş qarşıdurma nəticəsində yüz on nəfər həlak olub, 187 nəfər yaralanıb.

 

Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, iğtişaşların yaranmasına səbəb aprelin 23-də Kərkük əyalətinin əl-Xuveyc kəndində nümayişin dağıdılması zamanı 30 nəfər öldürülməsi göstərilib.

 

Şahidlərin sözlərinə əsasən, hər iki tərəf odlu silahdan atəş açıb. Bir müddət öncə İraq hakimiyyəti Tikrit və Samara şəhərlərində komendant saatı elan edib.

 

Etiraz aksiyasında ölkənin baş naziri Nuri əl-Malikinin istefası tələb edilib. 

# 445
avatar

Oxşar yazılar