Noyabrın 8-də gecə saatlarında İraqda hərbi baza yaxınlığında partlayış baş verib. Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, olay nəticəsində 19 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb.
Mənbə bildirib ki, iki minalanmış avtomobil Bağdaddan 50 km şimalda yerləşən ət-Tarmiyə şəhərindəki hərbi baza ərazisində partladılıb.
Hadisə qurbanlarının hamısının hərbçi olması haqda xəxbər yayılıb.
Oktyabrda baş verən qanlı olaylar nəticəsində 855 dinc sakin, 65 polis və 44 hərbçi həlak olub.