İraqın iki həbsxanasına yaraqlılar basqın edib. Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, hücum edilmiş iki həbsxanadan 500-də çox məhbus qaçıb.
Mənbə bildirib ki, iraqlı yaraqlılar iyulun 22-də gecə Bağdad yaxınlığındakı Taci və Əbu-Qreyb şəhərlərindəki iki həbsxanaya basqın edib.
Bu olay nəticəsində İraq təhlükəsizlik qüvvələrinin 20 əməkdaşı və 21 məhbus həlak olub.
Bir müddət öncə İraqın Daxili İşlər Nazirliyi həbsxanadan qaçanın olmadığını bildirmişdi.