İranlılar saxta İsrail pasportu ilə Kanadaya girmək istəyib
26 iyul 2013 03:54 (UTC +04:00)

İranlılar saxta İsrail pasportu ilə Kanadaya girmək istəyib

Kanada sərhədçiləri ölkəyə saxta İsrail pasportu ilə keçmək istəyən ailəni saxlayıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, araşdırma nəticəsində onların İran vətəndaşı olduqları müəyyənləşib.

 

7 nəfərlik ailə üzvləri, ata-ana və 5 uşaq Vankuverə uçub. Yoxlama zamanı sərhədçilər sənəddən şübhələniblər.

 

Məlum olub ki, pasportları  İsrail vətəndaşları ya itirib, ya  da oğurlatdırıb.

 

İranlıları istintaq üçün saxlayıblar. Onların bu saxta pasportları satın aldıqları ehtimal olunur. İslam Respublikası vətəndaşlarının Kanadaya getməsi üçün viza tələb olunduğu halda İsrail vətəndaşlarının qarşısında belə bir şərt yoxdur.

 

İsrail Daxili İşlər Nazirliyinin təmsilçisi İsrail pasportlarının «qara bazarda» satıldığı faktını təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar