İranın yeni hökumətinin ehtimal olunan bəzi uzvlətinin adları
20 iyun 2013 20:15 (UTC +04:00)

İranın yeni hökumətinin ehtimal olunan bəzi uzvlətinin adları

 İran mətbuatı ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhaninin hökumətində təmsil olunacaq şəxslərin siyahısını tərtib edib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, hökumətin tərkibində Əliəkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad dövründə işləmiş, eyni zamanda islahatçılar, mötədillər və mühafizəkarlar düşərgəsini təmsil edən şəxslər, hətta azərbaycanlılar da var. H. Ruhaninin formalaşdıracağı hökumətdə birinci vitse-prezident postunu Məhəmmədrza Arifin tutacağı gözlənilir, bu posta digər namizədlər  Məhəmmədəli Nəcəfi, Möhsün Mehrəlizadə, Yəhya Al İshaq, İshaq Cahangiridir.

 

Mətbuatın ehtimallarına görə, İnformasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) postuna ən real namizədlər Əli Yunisi, Mustafa Mohəqqəq Damad, höccətülislam Şəfiyidir. Digər mühüm postlardan İran Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsinə Əli Əkbər Salehi, Qulamrza Ağazadə, Hüseyn Firidun, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi Mustafa Purməhəmmədi, Əli Əkbər Vilayəti, Əbdürrza Rəhmaniyi Fəzlinin təyin olunma ehtimalı böyükdür.

 

Qeyd edək ki, H. Ruhani 18 milyon 613 min 329 səs (50,07%) toplamaqla İran prezidenti seçilib. İranın hazırkı prezidenti Mahmud Əhmədinejadın prezidentliyi avqustun 3-də sona çatır və H. Ruhani də andiçmə mərasimindən sonra rəsmən öz vəzifəsinin icrasına başlayacaq. İranın yeni prezidenti avqustun 3-4-də and içdikdən bir həftə sonra kabinet üzvlərinin siyahısını parlamentə təqdim etməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09