İrandakı mövcud hakimiyyətə müxalifət sayılan İran Xalq Mücahidləri Təşkilatı (İXMT) iyulun 11-də Tehranın 70 kilometrliyində, Dəmavənd rayonundan
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin nüvə obyekti 2006-cı ildən mövcuddur: «Bu nüvə obyekti dağın içərisindəki tunellərdə gizlədilib və son günlər xaricdəki 4 anbar da təkmilləşdirilib»”.
Məlumatda qeyd edilir ki, layihənin icrasında İranın yeni prezidenti Həsən Ruhaninin də əli olub. Xəbərdə həmçinin vurğulanıb ki, bununla bağlı İrandakı 50 mənbə onlara məlumat verib: «Həmin obyektin kod adı olub. Bu kod adı da «Şərq mədəni» və ya «Kövsər layihəsi» adlanır. Bu layihəni İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının rəsmisi Möhsün Fəxrizadəyə bağlı bir şirkət icra edir. Layihəyə 30 tunel və 30 anbarın inşası daxildir».
Qeyd edək ki, Xalq Mücahidlər Təşkilatı İran hakimiyyətinin ən böyük müxalif təşkilatlarından sayılır. Məhəmmədrza şahın dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.
Onların əsas bazası İraqdadır. Son zamanlar mücahidləri oradan da çıxarmağa başlayıblar.