Beynəlxalq ictimaiyyət atom-nüvə problemi ilə bağlı danışıqları aparması üçün Tehranın təmsilçi təyin edəcəyini gözləyir. Bundan başqa İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) təmsilçisini geri çağırması yeni nümayəndənin kimliyi ilə bağlı çeşidli ehtimalların irəli sürülməsinə səbəb olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, islam Respublikasının Rusiyadakı səfiri Məhmudrza Səcadi ölkəsinin AEBA-da təmsilçisi ola bilər.
Mənbə bu haqda məlumatı etibarlı qaynaqlardan əldə etdiyini bildirib. Həmin diplomatik qaynağın dediyinə əsasən, Səcadi bu vəzifəyə daha çox ehtimal olunan namizəddir.
Xatırladaq ki, İranı AEBA-da Ələkbər Soltaniya təmsil edib.