İranın yeni hökumətinin 15 naziri «Facebook» sosila şəbəkəsində öz səhifələrini açıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə ərazisində sosial şəbəkələr blok edilib, ancaq bu addımı təhlilçilər «internet mühitində dəyişiklik müjdəsi» kimi dəyərləndiriblər.
Yalnız xarici işlər naziri Məhəmmədcavad Zərif səhifə açmayıb, çünki 2009-cu ildən artıq onun öz səhifəsi var.
Hətta bir neçə gün öncə o, öz səhifəsində yəhudiləri Milli bayramı münasibəti ilə təbrik də etmişdi.
İran vətəndaşları hökumət üzvlərinin səhifələrinə yalnız bloku sındıra biləcək proqramla daxil ola bilər.
Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm də «Facebook» sosial şəbəkəsində səhifə açıb.
O, səhifəsini yaratdıqdan sonra bunları yazıb: «Bu mənim şəxsi səhifəmdir. Çalışacağam ki, xüsusi mesaj şəklində mənə verilən bütün sualları cavablandırmağa çalışacağam. Mən sosial şəbəkələrdən istifadə edərək həmvətənlərimin fikir və görüşləri ilə tanış olmaq, bundan yararlanmaq istəyirəm. Xarici siyasət sahəsi ölkədəki sistemin mütərəqqi üsullarını qorumaqla maksimum milli mənafeyin təmin olunması sahəsidir. Məhz buna görə də vətəndaşların hər birinin bu məsələyə yanaşması, fikri əhəmiyyətlidir.
Bu səhifədə yalnız etik qaydalar əməl etməklə söz və ifadə azadlığının qorunub saxlanmasına önəm veriləcək, istənilən müxalif fikir, təklif, giley-güzar və ya şikayət ləğv edilmədən öz əksini tapacaq».