İranda pornosaytı hazırlayıb, onu yaymış proqamçı Səid Məlikpura ömürlük həbs cəzası verilib.
Lent.az-ın «pravda.ru»-ya istinadən məlumatına görə, o, 2008-ci ildə həbs olunub. Dövlət televiziyasında bir neçə belə sayt hazırladığını etiraf edib.
2010-cu ilin dekabrında İranın ali məhkəməsi 36 yaşlı proqramçıya qarşı «böyüklər üçün pornosayt hazırlayıb onu yaymaq», «hakimiyyətə qarşı çıxışlar etmək», eləcə də öz fəaliyyəti ilə «islamın şərəfinə xələl gətirmək» kimi ittihamlar irəli sürülmüşdü. Bu ittihamlar əsasında, S.Məlikpur edama məhkum olunmuşdu.
Vəkillərinin sözlərinə görə, proqramçı sadəcə olaraq, İnternetdə fotoların yayılması üçün proqram hazırlayıb: «Onun xəbəri olmadan bu proqramdan pornosaytların sahibləri bundan belə materialların yayılmasında istifadə edib».