Zəlzələ İran və Pakistanı dağıtdı - YENİLƏNİB
16 aprel 2013 17:45 (UTC +04:00)

Zəlzələ İran və Pakistanı dağıtdı - YENİLƏNİB

Minlərlə ölü və yaralı var

 

 

Bu gün günorta saatlarında İranda 8 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı İranın Zahedan şəhərindən 201 km, Pakistanın Turbat şəhərindən 250 km uzaqlıqda, 18 km dərinlikdədir.

 

Yeraltı təkan bütün Fars körfəzində hiss edilib. İran Dövlət Televiziyası Sistan və Bəlucistan əyalətlərində ən azı 40 nəfərin həlak olduğu, onlarla insanın xəsarət aldığı barədə  məlumat yayıb. Bu, İranda son 40 ildə baş verən ən dağıdıcı zəlzələdir və gücü 200 atom bombasına bərabər sayılır. İran rəsmiləri “Reuters” agentliyinə açıqlamada binaların dağıntıları arasında yüzlərlə insanın qaldığını, onların çoxunun həyatını itirdiyini bildiriblər.

Pakistan Meteoroloji Təşkilatı  da zəlzələ nəticəsində ölkədə 1200 evin dağıldığı, yüzlərlə insanın öldüyü barədə məlumat yayıb.

 

 

*****

 

Saat 16.42

 

İranda güclü zəlzələ oldu: Onlarla ölü və yaralı

 

 

Bu gün saat 15.44 radələrində İranda 8 bal gücündə zəlzələ baş verib.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Pakistanla sərhəddədir.

 

Yeraltı təkan bütün Fars körfəzində hiss edilib. İran Dövlət Televiziyası ən azı 40 nəfərin həlak olduğu, onlarla insanın xəsarət aldığı barədə  məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4464
avatar

Oxşar yazılar