İranda daha bir nəfər prezidentliyə namizəd oldu
21 aprel 2013 20:44 (UTC +04:00)

İranda daha bir nəfər prezidentliyə namizəd oldu

İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu, İran parlamentinin deputatı Əlirza Zakanidir. O, Tehranda keçirdiyi brifinqdə bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə elan edib.

 

Qeyd edək ki, Ə. Zakani “Bəsic”in (hökumət tərəfdarı olan yarıhərbi könüllülər dəstəsi) komandanlarındandır, mühafizəkarlar (üsulgəra) düşərgəsinə mənsubdur. Eyni zamanda İslam İnqilabının Davamçıları Cəmiyyətinin (Cəmiyyət-e Rahpuyan) baş katibidir. 

# 503
avatar

Oxşar yazılar