İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Araqçi İranın ABŞ-la danışıqlara can atması ilə bağlı İraq baş nazirinin dediklərini təkzib edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «İslam Respublikası ABŞ-la birbaşa danışıqlara heç vaxt can atmayıb».
Xatırladaq ki, İraqın baş naziri Nuri əl- Malik prezident Barak Obama administrasiyasına İranın öz nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa danışıqlara müsbət yanaşdığı barədə məlumat çatdırdığını bildirmişdi.
«Nyu-York tayms» qərbdəki mənbələrə istinadən yazıb ki, İraqın hökumət başçısı cari ay Tehranın Vaşinqtonla birbaşa danışıqlara hazır olması barədə məlumat ötürüb. Məlumata əsasən, bu məsələdə Bağdad vasitəçilik edəcək.